Mart 16, 2021 09:41 Asia/Baku
  • “İranın Əynul-Əsədə raket hücumlarında iştirakı olmayıb”

Taxt Rəvançi: “İranın Əynul-Əsədə raket hücumlarında iştirakı olmayıb”

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Rəvançi BMT-nin baş katibinə göndərdiyi məktubda İranın ABŞ-ın İraqdakı Əynul-Əsəd aviabazasına edilən sonuncu hücumlarda birbaşa və ya dolayısı ilə hər hansı bir iştirakının olmadığını bildirib.

Məcid Taxt Rəvançi ABŞ-ın İraq qüvvələrinə qarşı sonuncu hava hücumlarını beynəlxalq hüquqa zidd hesab edərək, qınayıb: “İran İslam Respublikası, birbaşa və ya dolayı yolla ABŞ-ın İraqdakı şəxslərinə və ya təşkilatlarına qarşı edilən silahlı hücumlarda iştirak etməyib. Bu cür ittihamlar tamamilə əsassız, həqiqətə uyğun deyil”.

Taxt Rəvançi BMT-nin baş katibinə 25 fevral tarixində Suriya sərhədi boyunca İraq qüvvələrinə qarşı edilən qanunsuz hücumları qınayan məktubunda isə belə qeyd etmişdi: “BMT Nizamnaməsinin 51-ci maddəsinin özbaşına şərh edilməsi əsasında səhvən əsaslandırılmış bu cür təhlükəli hərəkətlər, bölgə ölkələrinin suverenliyinin pozulması kimi qəbul edilir və beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasının simvoludur”.

Taxt Rəvançi bu cür hücumların bölgədəki vəziyyəti ağırlaşdırdığını  bildirib.

Teqlər