Mart 19, 2021 17:41 Asia/Baku
  • Amerika İrana qarşı bütün sanksiyaları götürməlidir

İran İslam Şurası Məclisinin sədri deyib ki, Tehranın nüvə anlaşmasındakı öhdəliklərinə geri dönməsi üçün Amerika İrana qarşı bütün sanksiyaları götürməlidir.

SəhərAzəri xəbər verir ki,  Mohəmməd Baqer Qalibaf İranın ikinci telekanalının xəbər dialoqu verilişində bildirib ki, nüvə anlaşması BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş beynəlxalq bir sənəddir.

O, sonra söyləyib: Əslində nüvə anlaşmasının təsdiq olunmasından sonra Amerika nəinki öz öhdəliyinə əməl etmədi, əksinə Trampın dövründə İran xalqına qarşı beynəlxalq qaydalara zidd təhdidlər irəli sürdü.

Qalibaf deyib: İran İslam Şurası Məclisinin «Sanksiyaların ləğvi və İran xalqının hüquqlarının qorunması üçün strateji tədbir» qanunu onlar üçün bu həssaslığı yaratdı ki, elə bir sətmə doğru gəlib, başa düşsünlər ki, bizim əl-qolumuz bağlı deyil ki, onların öz öhdəliklərini əməl etməmələrinin qarşılığında biz birtərəfli şəkildə öhdəliklərimizi yerinə yetirmiş olaq.

İran İslam Şurası Məclisinin sədri sonra deyib ki, məclisin qanunu sanksiyaları aradan qaldırmaq və danşıqlar aparmaq üçün daha artıq fürsətlər yaradan bir mübahisə və güc vasitəsidir.

Qalibaf nüvə anlaşması öhdəliklərinin İran İslam Respublikası tərəfindən icra olunması haqda isə belə deyib: İran heç vaxt nüvə anlaşmasına zidd hərəkət etməyib, lakin qarşı tərəf öz öhdəliklərini yerinə yetirməyibdir.

Teqlər