Zərif: "Nüvə anlaşmasının bərpası üçün lazımi addımlarla bağlı bir çox təhriflər edilib"
İranın xarici işlər naziri Qrəb rəsmilərinin İran əleyhinə iddialarına cavab olaraq, nüvə anlaşmasının bərpası üçün lazımi addımlarla bağlı bir çox təhrifə yol verildiyini vurğulayıb.
SəhərAzəri xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif martın 25-də öz şəxsi Tvitter səhifəsində Qərb rəsmilərinin nüvə anlaşması ilə bağlı İran əleyhinə açıqlamalarına cavab olaraq, yazıb: "Nüvə anlaşmasının canlandırılması üçün edilməsi gərəkən işlər barədə həddən artıq təhrifə yol verilib və cinayətkarla qurban olan tərəfin yerini dəyişdirməyə cəhd edilib".
Zərif, Tvitter-dəki mesajına nüvə anlaşması ilə bağlı bir "fakt hesabatı"nın ünvanını da əlavə edib.
İran Xarici İşlər Nazirliyinin veb saytında da müşahidə oluna bilən bu fakt hesabatında, 2016-cı il yanvarın 16-dan 2021-ci il martın 25-dək nüvə anlaşmasının ətrafındakı hadisələrin ingilis dilində xronologiyası dərc edilib.
İran Xarici İşlər Nazirliyinin fakt hesabatında, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın prezidentliyi dövründə razılaşmanın həyata keçirildiyi ilk gündən başlayaraq, Donald Trampın və Co Baydenin prezidentliyinə qədər nüvə anlaşmasına qarşı görülən hərəkətlərin siyahısı yer alıb. .