Apr 07, 2021 00:19 Asia/Baku
  • “ƏMTP” ortaq komissiyasının müzakirələrinin ilk turu sona çatdı

Vyanada əyani şəkildə keçirilməkdə olan Əhatəli Müştərək Təşəbbüs Proqramı ortaq komissiyasının 18.iclasının birinci turu məsləhətləşmələrin ekspertlər səviyyəsində davam etməsi ilə razılaşmaları ilə sona çatdı.

SəhərAzəri-nin İrnaya istinadən verdiyi xəbərə görə əldə olunan razılaşmaya əsasən Əhatəli Müştərək Təşəbbüs Proqramı ortaq komissiyasının üzvlərinin arasında sanksiyaların götürülməsi və nüvə məsələləri ilə bağlı tekniki sahələr və detalları  barədə 2 paralel iclas təşkil olundu.

İran xarici işlər nazirinin yardımçısı və Viyana müzakirələrində İran heyətinin başçısı Seyyid Abbas İraqçı bu haqda deyib ki,Ekspertiza iclasları cümə gününə qədər davam edəcək və müzakirələrin nəticəsi “ƏMTP” ortaq komissiyasına veriləcək.Nəticə məqbul olarsa iclaslar davam edəcək.

 

Teqlər