Cənubi Koreyanın gəmisi azad edildi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Cənubi Koreya gəmisinin azad edildiyini bildirib.
SəhəraAzəri Səid Xətibzadə deyib ki, Koreya gəmisinin qanun pozuntuları haqda təhqiqatın təkmilləşməsindən sonra prokuror tərəfindən gəminin azad edilməsi barədə göstəriş verildi.
Xətibzadə sonra deyib: Kapitanın və gəminin bölgədə qanun pozuntusu sahəsində pis keçmişə malik olmaması möhtərəm prokurorun müsbət baxışına zəmin yaratdı.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İran İslam Respublikası Fars Körfəzində və Oman dənizində uzun sahillərə malik olan bir ölkə kimi ətraf mühitin qorunmasına nəzarət qaydaları da daxil olmaqla dəniz qaydalarına tam şəkildə riayətə təkid və bu sahədə hər hansı qanun pozuntusunu izləyərək, təqib edir.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələri yanvarın dördündə Cənubi Koreyanın 7200 ton neft və kimyəvi maddələr daşıyan «HANKUK ÇEMİ» ticarət adlı gəmisini ətraf mühit protokollarını pozduğuna görə, Fars Körfəzində saxladı.