Apr 12, 2021 08:05 Asia/Baku
  • İran-Kuba iqtisadi əməkdaşlığı genişləndirmək və Koronavirusa qarşı mübarizə aparmaq əzmindədir

İran Xarici işlər nazirinin köməkçisi və XİN-nin Avropa və Avrasiya məsələləri üzrə baş direktoru Rza Nəzər Ahari və Kuba Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Emilio Lozada ikitərəfli və çoxtərəfli məsələləri müzakirə etmək üçün Havanada görüşüblər.

SəhərAzəri xəbər verir ki, "Nəzərahari" və "Lozada" bu görüşdə iki ölkə arasındakı yüksək səviyyəli danışıqların davam etdirilməsini və Koronavirus ilə mübarizə daxil olmaqla iqtisadi, ticari əlaqələrin və əməkdaşlığın gücləndirilməsini vurğulayıblar.

Görüşdə Emilio Lozada, İranın, Kubanın ABŞ sanksiyalarını qaldırmaq üçün apardığı mübarizədə verdiyi dəstəyi eyni zamanda Kubanın terrorizmi himayə ölkələri siyahısına daxil edilməsini pisləməsini yüksək qiymətləndirib.

Kuba Xarici İşlər Nazirliyi bu yaxınlarda ABŞ-ın insan hüquqları və onun təcavüzkar siyasətini davam etdirmək üçün bir vasitə kimi istifadə etməsi barədə qərəzli hesabatını rədd etdi.

İranla Kuba, ABŞ-ın ən sərt sanksiyaları altında milyonlarla doza korona peyvəndi istehsal etmək gücündədir.

 

Teqlər