İraqçı: İran, 60% zənginləşdirmə fəaliyyətinə başlayır
Apr 14, 2021 01:03 Asia/Baku
İran İslam Respublikasının Xarici işlər nazirinin Köməkçisi İranın uranı 60% zənginləşdirməyə başlayacağını bildirdi.
SəhərAzəri xəbər verir ki,İran ilə 4+1 Qrupu arasında Vyanada təşkil edilən müzakirələrə qatılmaq üçün oraya səfər edən İran İslam Respublikasının Xarici işlər nazirinin Köməkçisi və baş müzakirəçi Seyid Abbas İraqçı, İranın uranı 60% zənginləşdirməyə başlayacağını bildirdi.
İraqçı, çərşənbə axşamı günü (13 aprel) AEBA baş direktoruna ünvanladığı məktubda İranın 60% dərəcəsində uran zənginləşdirməyə başlayacağını bildirdiyini qeyd etdi.
İraqçı ayrıca, ziyan görmüş maşınların yerinə yeni maşınların monte edilməsinə əlavədən 50% əlavə tutum ilə min sentrifuqanın Nətənzdəki maşınlara əlavə olunacağını vurğuladı.