Apr 14, 2021 22:17 Asia/Baku
  • Ali Məqamlı Rəhbər:

İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın haqq sözü qəbul etmək üçün deyil, öz batil sözünü qəbul etdirmək üçün müzakirə etdiyini vurğulayıb.

SəhərAzəri xəbər verir ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün mübarək Ramazan ayının birinci günündə təşkil olunan Quran-Kərim ilə üns məclisində çıxışı zamanı buyurub: "Quranın hidayəti insan həyatının bir nöqtəsi ilə məhdudlaşmır və onun bütün sahələrini əhatə edir".

O, həzrət Quranda həyatın bütün sahələri üçün dərsin və hidayətin olduğunu və Quranın insan həyatının hər tərəfinə nəzarət etdiyini və onların hər biri üçün yol göstərmələri olduğunu bəyan edərək, vurğulayıb: "Quranın həyat, siyasət, iqtisadiyyat və hökumətlə heç bir əlaqəsi olmadığını düşünənlər nə qədər qafildirlər".

Həzrət Ayətullaulüzma Xamenei qeyd edib ki, Quran heç bir şəkildə özünü siyasi və ictimai çağırışlardan kənarda saxlamır və zalımlar, hegemonçular və tağutla qarşılaşmaqdan çəkinmir və onların qarşısında dayanır.

İslam İnqilabının Böyük Rəhbəri çıxışının digər bir hissəsində nüvə anlaşması ətrafındakı məsələlərə toxunub və buyurub: "ABŞ haqq sözü qəbul etmək üçün deyil, öz batil sözünü qəbul etdirmək üçün danışıqlar aparır".

Teqlər