Ruhani: Geniş miqiyaslı peyvənd tətbiqi hökumətin prioretetidir
https://azeri.sahartv.ir/news/İran-i376058-ruhani_geniş_miqiyaslı_peyvənd_tətbiqi_hökumətin_prioretetidir
İran İslam Respublikasının prezidenti Həsən Ruhani, geniş miqyaslı peyvənd tətbiqi və vətəndaşların sağlamlığını qorumanın hökumətin bütün plan və cəhdlərinin başında durduğunu bildirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2021 13:50 Asia/Baku
  • Ruhani: Geniş miqiyaslı peyvənd tətbiqi hökumətin prioretetidir

İran İslam Respublikasının prezidenti Həsən Ruhani, geniş miqyaslı peyvənd tətbiqi və vətəndaşların sağlamlığını qorumanın hökumətin bütün plan və cəhdlərinin başında durduğunu bildirdi.

SəhərAzəri xəbər verir ki,İran İslam Respublikasının prezidenti  Ruhani bu gün hökumətinin iqtisadiyyat koordinasiya mərkəzinin yığıncağında etdiyi çıxışda, düşmənin iqtisadi müharibəsi  və qeyri-insani  sanksiyalarından qaynaqlanan təzyiq və çətinliklərə baxmayaraq hökumətin müxtəlif hissələrinin korona peyvəndinin tədarükü önündəki maneələri qaldırmağa çalışdığını söylədi.

Ruhani, düşmənlərin keçən 3 ildə İranda qıtlıq yaratmağa çalışdıqlarını, ancaq hökumətin ölkədə kifayət qədər məhsul tədarükü və paylamasını reallaşdırmaqla buna icazə verməyəcəyini söylədi.