May 03, 2021 19:19 Asia/Baku
  • Ərdəbil vilayəti göbək kordu qanını saxlamaqda liderdir

Körpənin göbək kordunun kök hüceyrələri ilə müalicə, sağalmaz xəstəliklərin müalicəsi üçün bir çox ümid pəncərəsi açan yeni bir üsuldur.

SəhərAzəri xəbər verir ki, bəlkə də, sağalmaz xəstəliklərin olmadığı gələcək elə də uzaqda deyil. Elə bir gün ki, kimya terapiya və orqan küçürülməsinə heç bir ehtiyac qalmayacaq. Bu proqnozlar elə bir halda edilir ki, dünya kök hüceyrələrlə müalicə səmtinə doğru hərəkət edir.

Doğuş zamanı biotullantı kimi atılan göbək kordu kök hüceyrələrlə zəngindir. Bu hüceyrələr özünü yeniləmə və fərqli hüceyrələrə ayrılma qabiliyyətinə malikdir və zədələnmiş toxumaları bərpa edə bilirlər. 

Ərdəbilin Royan Kord Qanı Bankının rəhbəri bu haqda deyib: "Göbək kordu qanından müalicəsi çətin olan xəstəliklər, o cümlədən qan xərçəngi və ya qanla əlaqədar olan xəstəliklərin müalicəsində istifadə olunur, misal üçün selebral iflic, autizm, göz və onurğa beyni zədələnmələrinin müalicəsində. Birinci və ikinci tipli diabet araşdırma mərhələsindədir və ailələr hamiləliyin 36-cı həftəsindən kök hüceyrələrin saxlanması üçün müraciət edə bilərlər.

Ərdəbil vilayətində 2007-ci ildən 960 nümunə toplanıb və saxlanmaq üçün Tehrana göndərilib. Keçən il 263 nümunə saxlanılmışdır ki, bu da əvvəlki illərə nisbətən 69 faiz artmışdır. Qan nümunələrinin toplanmasında ölkənin eyni əhalisi olan digər vilayətlərə nisbətən Ərdəbil vilayəti birinci yerdədir.

Demək olar ki, bu hər bir insanın həyatı boyunca qənaət edə biləcəyi ən mühüm sərmayədir ki, gələcəkdə özü və digər insanların sağlamlığını qarantiya edə bilər.

Teqlər