Tehranlı uşaqlar məzlum Fələstin uşaqlarını yad edəcəklər
Tehran vilayətinin İslami Təbliğat üzrə Koordinasiya Şurasının sədri bildirib ki, tehranlı uşaqlar məzlum Fələstin uşaqlarını yad etmək üçün bir araya gələcəklər.
SəhərAzəri-nin məlumatına əsasən,Seyyed Mohsen Məhmudi vurğulayıb ki, dünyanın məzlum uşaqları və Fələstin uşaqları ilə dostluq və müqavimətin qələbə bayramını təbrik etmək üçün sabah Tehranın Fələstin meydanında «Uşaqlar və oyuncaqlar» adlı toplantı keçiriləcək.
«Fələstinli uşaqlar qəddarcasına öldürüldülər, onların oyuncaqları isə sahiblərinin sevinci, oyunu və gülüşünün həsrətində qaldılar»-deyə Məhmudi bildirib.
Tehran vilayətinin İslami Təbliğat üzrə Koordinasiya Şurası sədrinin sözlərinə görə, Fələstin xalqının on iki gün fədakarcasına müqavimətindən sonra qəsbkar sionist rejim geri çəkilməyə məcbur olsa da müdafiəsiz uşaqlar xüsusiyyət təşkil etməklə məzlum Fələstin şəhidlərinin qanları sionist canilərin yaxasını tutacaqdır.