May 28, 2021 13:05 Asia/Baku
  • “İsrail rejiminin cəzasızlığı nə qədər davam edəcək?”

İranın Avropa İttifaqındakı nümayəndə heyəti, İsrail rejiminin cəzasızlığının nə qədər davam edəcəyini soruşub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Aİ-dəki nümayəndəliyi İsrail rejiminin işğal altındakı Qüdsdə fələstinlilərə qarşı sonuncu cinayətlərinə və Avropa İttifaqının bu cinayətlərə cavab olaraq fəaliyyətsizliyinə reaksiya verib.

Nümayəndəlik özünün Tvitter səhifəsində yayımladığı mesajda bunları qeyd edib: “İsrail rejiminin hərbi cinayətləri və insanlığa qarşı cinayətlər beynəlxalq qurumlar tərəfindən geniş şəkildə sübut edilmişdir. “İnsan hüquqlarını təşviq edənlərin” cinayət barmağını İsrail rejiminə yönəltmələri üçün başqa nə baş verməlidir?”

Özlərini insan haqları qəhrəmanları elan edənlər İsrail rejiminin cinayətlərinə nə qədər göz yummalıdır? İsrail rejiminin cəzasızlığının davam etməsi lazımdırmı? Beynəlxalq Məhkəmə İsrail rejimi və sükut edən tərəfdarlarını məsuliyyətə cəlb etməlidir”.

 

Teqlər