İyun 02, 2021 23:13 Asia/Baku
  • İraqçi:

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: "Nüvə anlaşması üzrə birgə komissiyanın Vyanadakı danışıqlarında fikir ayrılıqları elə bir nöqtəyə çatıbdır ki, bütün üzvlərin fikrincə həll olunasıdır".

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Abbas İraqçi bu gecə nüvə anlaşması üzrə birgə komissiyanın iclasında geri dönmə tarixi barədə qərar veriləcəyini bəyan edərək, əlavə edib: "Bütün heyətlər danışıqlarda qərarlıdırlar və tam ciddilik mövcuddur".

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini əlavə edib: "Çox ehtimal ki, bu axşam keçiriləcək iclasdan sonra keçmişdə olduğu kimi, Tehranda bir sıra məsləhətləşmələrdən sonra yenidən Vyanaya geri dönəcəyik".

Nüvə anlaşması üzrə birgə komissiyanın iclası, İran və 4+1 qrupunun nümayəndə heyətlərinin iştirakı ilə bu gecə Vyanada keçiriləcək.

Teqlər