İranın energetika naziri Sankt-Peterburqa gedib
İran İslam Respublikasının energetika naziri Rusiya Federasiyasına səfərinin ilk günündə sıx məşvərətlər apararaq, Sankt-Peterburqun mərkəzi və ətrafındakı bir neçə mühüm strateji və ağır sənaye mərkəzində olub.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiya beynəlxalq iqtisadi forumunun birinci günü ilə paralel surətdə İran İslam Respublikasının energetika naziri doktor Reza Ərdəkaniyanın və onu müşayiət edən heyətin Sankt-Peterburqakı görüş və məşvərətləri son dərəcə məhsuldar və konstruktiv keçib. O, deyib ki;
İranın energetika naziri və İran-Rusiya iqtisadi-ticari əməkdaşlıqlar daimi komissiyasının iranlı həmsədri, Sankt-Peterburqa səfərinin ilk günündə Rusiyanın energetika və ağır sənaye sektorlarının məsul şəxsləri, o sıradan «Pover Maşins» şirkətinin icraçı direktoru ilə görüşüb və onunla energetika sektorunda ikitərəfli əməkdaşlıqlar üzrə mühüm danışıqlar aparıb.
İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlalinin də iştirak etdiyi bu görüşlərdə energetika sahəsi üzrə müxtəlif həmkarlıq zəminlərində sıx məşvərətlərdən başqa, transformatorlar, su elektrik stansiyaları və qaz turbinləri də daxil olmaqla elektrik stansiyaları avadanlıqlarının istehsal mərhələlərindən və bir neçə zavodun müxtəlif sexlərindən baxış keçirilib.
İranın energetika naziri öz rus həmkarı ilə iki ölkənin son əməkdaşlıqlarını araşdırmalıdır.