Qarşıdan İran prezident seçkiləri gəlir
500 xarici müxbir seçkiləri işıqlandıracaq
İyun 15, 2021 18:05 Asia/Baku
İran İslam Respublikasının islami mədəniyyət və irşad nazrinin informasiya və mətbuat üzrə müavini İran prezident seçkilərində 500 xarici müxbirin iştirak edəcəyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Mohəmməd Həddadi deyib ki, koronadan irəli gələn səfər məhdudiyyətinə rəğmən, 226 beynəlxalq mediadan olan 500-dən çox xarici müxbir 1400-cü il İran prezident seçkilərini işıqlandıracaq.
Həddadi sonra bildirib ki, bu medialar dünyanın 38 ölkəsindəndirlər və onların girişi və xəbər fəaliyyəti üçün lazımi koordinasiya yaradılıb.
13-cü İran prezident seçkiləri iyunun 18-də keçiriləcək.