İranda bu gün sükut günüdür
İran xalqı sabah 8-ci prezidentini seçəcək
İyunun 18-də İran İslam Respublikasında 13-cü dəfə üçün prezident seçkisi keçiriləcək.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün ölkə üzrə sükut günüdür.
Bildirilir ki, COVID-19 səbəbindən səsvermə sosial məsafə və gigiyenik tədbirlər gözlənilməklə keçiriləcək.
Səsvermə saat 07.00-da başlayacaq 00.00-da başa çatacaq. Əgər ehtiyac olarsa, Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış Seçki Qərargahı səsverməni iyunun 19-da saat 02.00-a qədər uzaa bilər.
Məlumata görə, İranda 59 milyon seçici var. Bu il 1 milyon 400 min nəfər ilk dəfə səsvermədə iştirak edəcək.
Rəsmi olmayan məlumata əsasən, 3,5 milyon seçici ölkə xaricində səs verəcək.
Bildirilib ki, prezidentliyə namizədlərin sayı 4-ə enib. Möhsün Mehrəlizadə, Əlirza Zakani və Səid Cəlili namizədliklərini geri götürüb.
İranın 8-ci prezidenti olmağa namizədlər bunlardır: Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, deputat Əmirhüseyn Qazizadə-Haşimi, Mərkəzi Bankın keçmiş direktoru Əbdünnasir Himməti.
Səsverməni ilkin nəticələrinin iyunun 19-da açıqlanacağı gözlənilir.