İyun 19, 2021 10:31 Asia/Baku
  • İbrahim Rəisinin bütün rəqibləri onu təbrik ediblər

İranda dünən keçirilən prezident seçkilərinin nəticələri rəsmən açıqlanmasa da İbrahim Rəisinin bütün rəqibləri öncədən onu təbrik ediblər.

SəhərAzəri xəbər verir ki, İslahatçılar cinahına mənsub olan Əbdünnasir Himməti, prezidentliyə iddialı Möhsün Rzayi və Əmirhüseyn Qazizadə Haşimi rəqibi İbrahim Rəisini təbrik ediblər.

Qeyd edək ki, İranın Seçki Qərargahı hələ nəticələri və aktivliyin faizini rəsmən açıqlamayıb.

Teqlər