Prezidentlik səlahiyyətlərinin dövr edilməsi məsələsi müzakirə edilib
https://azeri.sahartv.ir/news/İran-i378199-prezidentlik_səlahiyyətlərinin_dövr_edilməsi_məsələsi_müzakirə_edilib
Ruhani prezident seçkilərində qalib gələn İbrahim Rəisiyə baş çəkib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2021 09:19 Asia/Baku
  • Prezidentlik səlahiyyətlərinin dövr edilməsi məsələsi müzakirə edilib

Ruhani prezident seçkilərində qalib gələn İbrahim Rəisiyə baş çəkib

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən keçirilən seçkilərdə qalib gəlmiş İbrahim Rəisiyə baş çəkib.

prezident Həsən Ruhani ötən günkü seçkilərdə qalib gələn İbrahim Rəisiyə baş çəkmək üçün Məhkəmə Hakimiyyətinin qərargahına gedib.

Məlumata görə Həsən Ruhani İbrahim Rəisini təbrik edib və tərəflər səlahyyətlərin dövr edilməsilə bağlı danışıblar.

İran Prezident Administrasiyanının rəsmisi Əlirza Muizzi Həsən Ruhaninin İbrahim Rəisiyə baş çəkməsini prezidentlik səlahiyyətlərinin dövr edilməsi prosesinin başlaması kimi qiymətləndirib.

Qeyd edək ki, yeni prezident səlahiyyətlərinin icrasına 45 gündən sonra başlayacaq.