İyun 28, 2021 14:14 Asia/Baku

İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyurub: "Avropa Ölkələri həyasızcasına insan haqları müdafiəçiləri olduqlarını iddia edirlər"

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Məhkəmə Hakimiyyətinin sədri və işçiləri ilə görüşdə, 1981-ci il 28 iyun tarixli terror cinayətinin amillərinin 70-ə yaxın görkəmli və tanınmış simanı şəhid edərək, İran xalqına qarşı böyük bir cinayət törətdiklərini bəyan edib. 

O, həzrət buyurub: "Cinayətlərini və çirkin əməllərini etiraf edən bu qatillər bu gün həmin insan haqları müdafiəçisi olduqlarını iddia edən ölkələrdə sərbəst gəzirlər və yaşayırlar".

"Fransa və digər Avropa ölkələri terrorçuları dəstəkləyib, onlara hətta milli məclislərində belə tribuna verdikləri halda insan haqlarıını tələb etməkdən utanmırlar. Əslində qərblilərin bu qədər həyasız olması çox qəribə bir şeydir", - deyə İslam İnqilabının Böyük Rəhbəri əlavə edib.

Ali Məqamlı Rəhbər 18 iyun tarixində keçirilən prezident seçkilərində xalqın iştirakını yüksək qiymətləndirib və onların əsl dastan yazdığını söyləyib. 

Həzrət Ayətullahül-üzma Xameneyi deyib: "İnsanlar koronavirus şəraiti, iqtisadi çətinliklər və bəzi digər məsələlərə baxmayaraq, dünyan imperializminin bir neçə aylıq planını alt-üst etdilər və seçkilərin əsas qalibləri olaraq, İran düşmənləri və onlara bağlı olan ünsürlərə məğlubiyyət və nakamlığı nəsib etdilər". 

Ali Məqamlı Rəhbər, ümidin canlanması və insanların məhkəmə sisteminə olan inamının artmasını, Məhkəmə Hakimiyyətində son iki ildəki cihadçı hərəkətin ən mühüm təsirlərindən adlandırıb və əlavə edib: "Bu ümid və inam qiymətli bir sosial sərmayədir ki, heç bir şey onunla bərabər ola bilməz".

O, həzrət İranda namizədlərin təmkinli davranışını, ABŞ-dakı seçkidən sonrakı qarşıdurmalarla müqayisə edərək, bu nemətin ölkədə mövcud olması üçün Allaha şükür edib və bu cür yanaşmaların davam etməsinə təkid ediblər".

Həzrət Ayətullahül-üzma Xamenei, sonda seçkilərin nəticəsinin xalqa və seçilmiş prezidentə mübarək olacağına və rəsmilərin vəzifələrini yaxşı yerinə yetirə biləcəklərinə ümidvarlıq ifadə edib.

Teqlər