Möhsüni Ejei İranda ədliyyə aparatının yeni sədri təuin edildi
Məhkəmə hakimiyyəti sədrindən olan gözləntilər
İslam İnqilabının Böyük Rəhbəri məhkəmə hakimiyyətinin yeni sədrini təyin ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bir hökmdə Qulamhüseyn Möhsüni Ejeyini məhkəmə hakimiyyətinin sədri təyin ediblər.
Bu hökmdə, əsas qanunda məhkəmə aparatının tapşırıqlarına ciddi yanaşılmasına təkid edən Həzrət Ayətullahuluzma Xamenei xalqın özü ilə əlaqə, pozuntularla qətiyyətli rəftar, pak məhkəmə hakimlərinin xidmətlərinin yüksək dəyərləndirilməsi, faydalı və cihadi qüvvələrin məsuliyyətlərə təyin edilmələri, məhkəmə aparatında müasir texnologiyaların yayılması, mövcud dəyişiklik sənədinin icrası və dəyişiklik rəftarının davam etdirilməsini, özlərinin məhkəmə hakimiyyətinin yeni sədrindən olan gözləntiləri adlandırıblar.
Hazırda cənab Seyyid İbrahim Rəisinin İran xalqının səsi ilə İran İslam Respublikasının prezidenti vəzifəsində xidmət uğuruna nail olduğu bir şəraitdə, davamlı hərəkətlərin əsasının qoyulması sahəsindəki iftixarlı iş keçmişinə və məhkəmə məsuliyyəti müddətindəki dəyərli xidmətlərinə görə, olduqca təşəkkür edərək, qanuni səlahiyyətlərdən əlavə, məhkəmə məsələsində parlaq keçmişə, dərin məlumata və çox dəyərli təcrübəyə malik olduğunuza və əsas qanunun 157-ci prinsipinə əsasən, sizi məhkəmə hakimiyyətinin sədri təyin edirəm, deyə İslam İnqilabının Böyük Rəhbəri öz hökmlərində vurğulayıblar.