Sentyabrdan ayda 10 milyon doza İran vaksini təmin ediləcək
İranda vaksinasiya geniş miqyas alacaq
İran korona ilə mübarizə üzrə milli qərargahın sözçüsü deyib ki, sentyabr ayından hər ay, İranın səhiyyə nazirliyinə təqribən on milyon doza İran vaksini təhvil veriləcək.
SəhərAzəri-nin məlumatına əsasən, Əlirza Rəisi bildirib ki, iki həftədən sonra hər həftə «Kovo İran Bərəkət» vaksinindən bir milyon doza İranın səhiyyə nazirliyinə təhvil veriləcək.
O, həmçinin bildirib ki, sentyabr ayından təqribən bir milyon doza «Sputnik V», bir milyon doza «Pastor» və yeddi milyon doza da «Kovo İran Bərəkət» vaksini əlimizə çatacaq.
Həmçinin idxal olunan vaksinlərdən də təqribən minimum iki milyon doza peyvənd əldə edəcəyik.
Rəisi korona vaksinasiyası üzrə hədəfdə olan qrupun sayını altmış milyon nəfər adlandırıb. Bildirib ki, avqustun 23-dən martın 23-dək təkcə İran vaksinləri ilə hədəfdə olan bütün qrupları koronaya qarşı peyvəndləyə bilərik.
«Kovo İran Bərəkət» və «Pastokovak» kimi iki İran vaksinindən istifadə lisenziyasının verilməsi və İranda rus «Sputnik» vaksininin istehsalı ilə bir zamanda xarici mənbələrdən vaksin idxalı da həyata keçiriləcək.