İyul 05, 2021 13:14 Asia/Baku
  • İranın Məhkəmə hakimiyyətinin yeni sədrinin təqdimatı mərasimi keçirilib

İranın Məhkəmə Hakimiyyətinin yeni və keçmiş başçısının təqdimetmə və təşəkkür mərasimi ölkənin rəsmi qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün səhər koronavirusla əlaqədar səhiyyə protokollarına riayət edilməsi səbəbindən az sayda yüksək vəzifəli rəsminin iştirakı ilə keçirilən bu mərasimdə Ali Məqamlı Rəhbərin ofisinin sədri höccətülislam Məhəmmədi Qolpayeqani, höccətülislam Möhsüni Ejeinin İranın Məhkəmə Hakimiyyətinə təyin olunmasına dair İslam İnqilabının Böyük Rəhbərinin hökmünü qiraət edib.

Ali Məqamlı Rəhbərin ofisinin sədri deyib: "Coşqu dolu bir seçkilər keçirildi; Hansı ki, koronavirusun bütün çətinliklərəinə rəğmən xalq Ali məqamlı Rəhbərin çağırışına cavab verdi və düşmənləri məyus etdi".

Yeni seçilmiş prezident Seyid İbrahim Rəisi də bu mərasimdə,  dəyişikliyin məhkəmə sistemi üçün böyük əhəmiyyət daşıdığını bəyan edərək, deyib: "Gələcəyi çox ümidverici görürəm".

Məhkəmə Hakimiyyətinin yeni sədri Möhsüni Ejei də qarşıdakı illərdə məhkəmə sistemində "dəyişikliyi və yüksəlişi" əsas fəaliyyət mehvərləri kimi xarakterizə edib və deyib: "Məhkəmə sistemi zülmdən şikayətlənən hər bir kəsin və bütün xalqın sığınacağı olmalıdır.

Teqlər