General Şekarçi İrana qarşı yeni avantüra barədə xəbərdarlıq edib
İran Silahlı Qüvvələrinin sözçüsü deyib: "Sionist rejimin və bəzi bölgə ölkələrinin köməyi ilə bölgədənkənar ölkələrin media savaşı psixoloji bir əməliyyat və yeni bir avantüra üçün şərait yaratmaqdır".
SəhərAzəri-nin məlumatına əsasən, İran Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Əbulfəzl Şekarçi FARS xəbər agentliyinə verdiyi müsahibədə bəzi sionist, Qərb və səud xəbər agentliklərinin Oman dənizi sularında gəmilərin təhlükəsizliyi ilə əlaqədar ajiotajlarına toxunaraq, deyib: "Bölgənin sularında gəmilərin təhlükəsiz hərəkəti üçün hər hansı bir problemin yaranması və ya gəminin oğurlanması ilə əlaqədar bəzi Qərb, sionist və səud mediasından ziddiyyətli xəbərləri bir növ psixoloji əməliyyatdır və yeni avantüranın əsasını qoymaq məqsədi daşıyır".
O, əlavə edib: "İranın Silahlı Qüvvələri, ticarət gəmilərinin təhlükəsiz hərəkətinə kömək etməklə yanaşı, istənilən şübhəli hərəkətlər haqqında kifayət qədər kəşfiyyat məlumatlarına malikdir və tam hazır vəziyyətdədir.
İran Silahlı Qüvvələrinin sözçüsü sözlərinin davamında deyib: "İran Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın güclü dəniz qüvvələri lazım gələrsə və xarici gəmilər müraciət edərlərsə, hər cür kömək göstərməyə və yardım bölmələri göndərməyə hazırdır".