Rəisi: “Yəmən qlobal imperializmə qarşı müqavimətin rəmzidir”
İran İslam Respublikasının prezidenti Yəmənin qlobal imperializmə qarşı müqavimətin təzahürü və İslam və Ərəb dünyasının qüruru olduğunu söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Yəmən Milli Qurtuluş Hökumətinin xüsusi nümayəndəsi Məhəmməd Əbdüs-Salamı qəbul etdiyi görüşündə, Yəmən xalqının və mücahidlərinin zalımlara və hegemon qüvvələrə qarşı müqavimətini və mövqeyini yüksək qiymətləndirərək, belə deyib: “İslam dünyasının və ərəb dünyasının qüruruna çevrildiniz. Yəmən xalqının və gəncliyinin izzət və müstəqilliyi üçün zalımlara qarşı müqaviməti bütün dünyanı heyrətləndirdi və bu izzət təkcə Yəmən xalqına aid deyil, həm də dünyadakı bütün müsəlmanlara və azadlıq istəyənlərə aiddir. Yəmən xalqı və mücahidləri qələbə çaldılar. Bu gün bütün dünyaya və hətta bu arenanın əsl qalibinin kim olduğu işğalçılara aydındır. Yəmənin taleyi yəmənlilər tərəfindən müəyyən edilməlidir və Yəməndən başqa heç kim bu ölkə üçün qərar verə bilməz”.
Yəmənin Milli Qurtuluş Hökumətinin xüsusi nümayəndəsi Məhəmməd Əbdüs-Salam da Seyid İbrahim Rəisini prezident seçilməsindən məmnunluğunu qeyd edib və onu təbrik edərək, belə deyib: “Yəmən tərəqqi və inkişaf naminə böyük addımlar atdı və bu istiqamətdə özünü İran İslam Respublikasının tərəfində görür və dəstəkləyir. İran və Yəmən zalımlara qarşı eyni oxdadırlar. Yəmən xalqı müqavimət xəttini seçdi və bu yola hər zamankindən daha güclü şəkildə davam edəcək”.