Əfqan xalqının taleyi Tehranın diqqət mərkəzində
İran və Rusiya prezidentləri Əfqanıstan məsələsini müzakirə ediblər
Avq 19, 2021 11:27 Asia/Baku
İran prezidenti İbrahim Rəisi və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
SəhərAzəri-nin məlumatına əsasən, prezidentlər arasında baş tutan telefon danışığında qarşılıqlı əlaqələr və bir sıra region məsələləri müzakirə edilib.
Məlumatda deyilir ki, iki ölkənin dövlət başçıları əsasən Əfqanıstan məsələsini müzakirə ediblər.
Tərəflər ölkələrinin Əfqanıstanda sülhün və sabitliyin bərqərar edilməsi üçün yardım göstərəməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, İran və Rusiya Əfqanıstandakı səfirlik və konsulluqlarının işini davam etdirdiyini bildirir və Taliban rəhbərliyi ilə təmasların olduğunu deyiblər.