Avq 21, 2021 16:12 Asia/Baku
  • İranın müdafiə sənayesinin inkişafı, müstəqillik arzusunda olan ölkələr üçün yeni bir modeldir

İran İslam Respublikasının Müdafiə Nazirliyi ölkənin müdafiə sənayesinin ildönümü münasibətilə bir bəyanatda bildirib: "Müdafiə sənayesindəki irəliləyişlər, o cümlədən texnologiyaların yerliləşdirilməsi və silahlı qüvvələrin daxilində və xaricində gənc qüvvələrdən istifadəsi vasitəsi ilə özünü təmin etmə həddinə çatmaq, müstəqillik arzusunda olan ölkələr üçün yeni bir model yaratdı".

SəhərAzəri-nin məlumatına əsasən, İran Müdafiə Nazirliyinin 31 mordad-21 avqust müdafiə sənayesinin ildönümü münasibətilə yaydığı bəyanatda deyilir: "İnqilabın qələbəsindən və İran İslam Respublikası dövlətinin qurulmasından 42 ildən artıq bir müddətdən sonra ölkənin müdafiə sənayesinin sədaqətli mütəxəssislərinin yorulmaz səyləri və mübarizələri sayəsində İslami vətəninin müdafiə qabiliyyətləri etibarlı bir önləyicilik və parlaq nöqtəyə çatıbdır, Hansı ki, onun müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər bir çox inkişaf etmiş ölkələr, hətta qlobal və regional hərbi güclər tərəfindən yüksək qiymətləndirilir.

Bəyanatın davamında strateji mühitdəki sürətli dəyişikliklərə və inkişaflara. habelə ölkəyə qarşı dünya imperializminin artan təhdidlərinə və bu şəraitə uyğun olaraq, uğurlu və mütərəqqi bir hərəkətin tələblərinə diqqət yetirilməsinin vacibliyinə işarə edilib və vurğulanıb: "Bu gün İslami İranının beynəlxalq mühitdə, xüsusən də Qərbi Asiya regionundakı üstün və güclü mövqeyi və müqavimət cəbhəsinin təməllərinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin ölkə hüdudlarından kənarda inkişaf etdirilməsindəki nailiyyətləri, silahlı qüvvələrin və müdafiə sahəsinin bir reaksiya qüvvəsindən daha üstün bir qüvvə kimi tanınmasına səbəb olmuş, regionun təhlükəsizliyi və sabitliyi, habelə inqilabın məqsəd və amallarının müdafiəsi, eyni zamanda məzlum xalqları və hegemonçulara qarşı mübarizə aparan xalqları himayə etməkdə bir mayaka çevirmişdir".

Teqlər