Sen 18, 2021 12:15 Asia/Baku
  • Rəisi:

İran İslam Respublikası prezidenti Əfqanıstanda qurulacaq hökumətin əhatəli olmasının vacibliyini vurğulayaraq, deyib: "Bir etnikdən və ya bir siyasi qrupdan ibarət olan hökumət problemləri həll edə bilməz".

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi tacikistanlı həmkarı ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında regional əməkdaşlıqların inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib. O, deyib: "Xoşbəxtlikdən, Əfqanıstanla bağlı fikirlərimiz yaxındır və hər ikimiz də xarici müdaxilənin bu ölkədə saysız-hesabsız fəlakətlərə səbəb olduğuna və əcnəbilərin ayaqlarının Əfqanıstandan kəsilməsi gərəkliyinə inanırıq. Əcnəbilər heç vaxt təhlükəsizliyi təmin edə bilmədilər, bunu etmək də istəmədilər və onların varlığının və rolunun davam etməsi qəbuledilməzdir".

İran İslam Respublikasının prezidenti Əfqanıstanda terrorçuların mövcudluğunun təkcə bu ölkə üçün deyil, həm də bölgə üçün təhlükəli olduğunu vurğulayaraq, deyib: "Bu gün İŞİD-i quran amerikalılar, İraq və Suriyada şər törətdikdən sonra onları Əfqanıstanda yerləşdirməyə çalışırlar".

Rəisi, həmçinin dost və İranla eyni dilə sahib olan Tacikistanla əlaqələri inkişaf etdirməyin və dərinləşdirməyin vacibliyini də vurğulayıb. 

O, deyib: "İki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə formalaşır və ümid edirəm ki, bu səfər Tehran-Düşənbə münasibətlərində və əməkdaşlığında bir dönüş nöqtəsi olacaq".

Tacikistanın prezidenti İmaməli Rəhman da bu mətbuat konfransında, İranı dost və Tacikistanla eyni dilə sahib olan ölkə adlandırıb və iki ölkə xalqları arasındakı bir çox mədəni və dini ortaqlıqlara toxunaraq, əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

İmaməli Rəhman Əfqanıstanda baş verən son hadisələrə də toxunaraq, deyib: "Əfqanıstanda sülh və sabitliyin tərəfdarıyıq və hesab edirik ki, Əfqanıstanda dinclik bölgənin təhlükəsizliyinin qarantıdır və inklüziv bir hökumətin qurulmasını bu ölkədə davamlı sülh və sabitliyin bərqərar edilməsi üçün əsas amil hesab edirik". 

 

Teqlər