İran səfiri açıqlama verdi
İran və Tacikistan arasında ticarət dövriyyəsi 500 milyon avroya çata bilər
İranın Tacikistandakı səfiri gələn il İranla Tacikistan arasında ticarət dövriyyəsinin həcminin 500 milyon avroya çatacağına ümid etdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Təqi Sabiri İranın birinci telekanalı ilə müsahibədə, İran prezidenti Seyid İbrahim Rəisinin Tacikistana səfəri zamanı, İranla Tacikistan arasında 8 əməkdaşlıq sənədinin imzalanması və bunun iki ölkə münasibətlərinə təsiri haqqında deyib: "İran və Tacikistan iqtisadiyyatının mahiyyəti belədir ki, bir-birini tamamlayır, lakin hazırda tranzit kimi problemlərə görə, arzu olunan gücdə deyil, gələn ilədək iki ölkə arasındakı mübadilələrin həcminin 500 milyon avroya çatacağına ümid edirik".
Sabiri, iqtisadi əməkdaşlıq sahəsində iki ölkə xalqının bir-birinin məhsullarından istifadə etməyə marağının əhəmiyyətli bir faktor olduğunu bəyan edərək, əlavə edib: "Texniki və mühəndislik xidmətləri və tikinti materiallarının bir çox sahələrində Tacikistana ixrac edirik və bu ölkədən pambıq və alüminium idxal olunur".
İranın Tacikistandakı səfiri, həmçinin deyib: "İran və Tacikistan xalqları bu iki ölkəyə səyahət etməkdə maraqlıdırlar və tacik xalqının İrana səhiyyə məqsədli səyahətləri çox yaxşı bir potensialdır ki, əgər mövcud maneələri aradan qaldıra bilsək, turizm sahəsində əhəmiyyətli inkişafa nail ola bilərik".