Sen 29, 2021 15:06 Asia/Baku
  • Peyman Cebelli İranın Milli Mediasına rəhbər təyin edildi

İran İslam İnqilabının Aliməqamlı Rəhbərinin sərəncamı ilə İranın Radio-Televiziya Təşkilatına yeni başçı təyin edilib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Tele-Radio Təşkilatında Əli Əskərinin səlahiyyət müddətinin sona çatması ilə, Həzrət Ayətullahül-üzma Xamenei bir sərəncam imzalayaraq, Peyman Cebellini bu təşkilatın yeni sədri vəzifəsinə təyin ediblər.

Aliməqamlı Rəhbərin İnformasiya Portalının məlumatına görə, sərəncamda deyilir:

"Milli media ictimaiyyətin bilik səviyyəsini və ümumi maarifini yüksəltmək üçün bir universitet, düşmənlərin təhrif və fitnə dalğaları ilə mübarizə üçün bir arena və hər kəsin  gözəlliyin və sənətin cilvələrindən həzz alması üçün bir sığınacaq, ölkənin ictimai məkanında sevinc və ümid yaymaq üçün bir qərargahdır".

O, Həzrət əlavə ediblər: "Mədəni yönləndirmə, milli və inqilabçı kimlik ruhunu və hissini gücləndirmək, İslam-İran həyat tərzini təbliğ etmək və milli həmrəyliyi gücləndirmək, insan kapitalını inkişaf etdirmək və proqramların keyfiyyətini artırmaqla, təşəbbüsdən istifadə edərək və gecə-gündüz çalışaraq əldə edilməli olan prioritetlərdir". 

İslam İnqilabının Aliməqamlı Rəhbəri bu sərəncamda Əli Əskəriyə vəzifə müddəti ərzində yorulmaz səylərinə görə təşəkkür edib, Peyman Cebeliyyə Uca Allahdan uğurlar diləyiblər. 

Teqlər