Ali Məqamlı Rəhbər milli güləşçiləri təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i381986-ali_məqamlı_rəhbər_milli_güləşçiləri_təbrik_edib
İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri, İranın yunan-Roma güləşçilərini Dünya Çempionatındakı uğurları münasibətilə təbrik edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 11, 2021 13:28 Asia/Baku
  • Ali Məqamlı Rəhbər
    Ali Məqamlı Rəhbər

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri, İranın yunan-Roma güləşçilərini Dünya Çempionatındakı uğurları münasibətilə təbrik edib.

SəhərAzəri-nin məlumatına əsasən, İranlı gülışçilərin Norveçdə keçirilən Dünya Çempionatında qazandıqları uğurların fonunda İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullaül-üzma Xamenei bir müraciət ünvanlayaraq, iranlı pəhləvanlara və onların məşqçilərinə təşəkkür ediblər. 

Həzrət Ayətullaül-üzma Xameneinin müraciətində deyilir:

 "Hər kəsi, xüsusilə də gəncləri sevindirən güləşçiləri və məşqçilərini təbrik edirik".

O, həzrət, həmçinin İranın milli güləş komandasına uğurlar arzulayıblar. 

İranın yunan-Roma güləşi üzrə milli komandası Norveçin paytaxtı Osloda keçirilən Dünya Çempionatı yarışlarının sonunda ikinci oldu.