Əmir-Abdullahiyan Lavrovla telefonla danışıb
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan öz rus həmkarı Sergey Lavrovla telefonla söhbət edib.
SəhərAzəri-nin məlumatına əsasən, O, bu söhbətdə bildirib ki, Vaşinqtonun sanksiyaların tamamilə aradan qaldırılmasındakı öhdəlikdənqaçma yanaşması, Vyana müzakirələrindəki hazırkı çıxılmazlığın əsas amilidir.
İran İslam Respublikası ilə Avropa Birliyi arasındakı danışıqların bərpası istiqamətində İran xarici işlər nazirinin siyasi müavini Əli Baqeri ilə Avropa Birliyinin xarici fəaliyyət xidmətinin baş direktor müavini Enrike Mora arasında gedən danışıqlarından sonra İran və Rusiyanın xarici işlər nazirləri bir telefon söhbətində məşvərət edib, fikir mübadiləsi aparıblar.
Əmir-Abdullahiyan bu telefon danışığında vurğulayıb ki, Mora ilə danışıqlar pozitiv olub və görüşdən razı qalan tərəflər onun davam etdirilməsinə öz hazırlıqlarını elan ediblər.
İranın xarici işlər naziri bildirib ki, Enrike Mora ilə cari danışıqlar Amerikanın birtərəfli və qanunsuz sanksiyalarının tam və təsirli şəkildə aradan götürülməsi sahəsində ABŞ-ın öhdəlikdənqaçma yanaşması və mövqeyinə görə yaranmış Vyana müzakirələrindəki hazırkı çıxılmazlığın və problemlərin aradan qaldırılması üzrə real həll yollarının tapılması üzərində təmərküzləşib.
Əmir-Abdullahiyan sonra belə deyib: İki tərəf danışıqların sonunda razılığa gəlibdir ki, məşvərətlər qarşıdakı iki həftə ərzində Brüsseldə İran xarici işlər nazirinin siyasi müavini ilə Mora arasında davam etdirilsin.
Sergey Lavrov da bu telefon söhbətində qeyd olunan danışıqları rəğbətlə qarşılayıb. Bildirib ki, ötən həftə Moskvada Əmir-Abdullahiyanla ətraflı görüşdən sonra Rusiya xarici işlər nazirliyindəki əməkdaşlarına İrandakı həmkarları ilə yaxın məşvərətdə nüvə anlaşması ilə əlaqədar mövzuları izləmək tapşırığını verib.
Rusiya xarici işlər naziri bu telefon söhbətində İran İslam Respublikasının bütün tərəflərin öz öhdəliklərinə geri dönmələrinə dair mövqeyini yüksək qiymətləndirib.