General Süleymaninin terroru amilləri mühakimə olunmalıdırlar
-
Kazım Qəribabadi
İranın məhkəmə hakimiyyəti sədrinin beynəlxalq məsələlər üzrə müavini və insan haqları qərargahının katibi vurğulayıb ki, general Süleymaninin terroru amilləri və bu terrora göstəriş verənlər tez bir zamanda üzə çıxarılmalı və mühakimə olunmalıdırlar.
SəhərAzəri-nin məlumatına əsasən, Kazım Qəribabadi bir tvitter mesajında belə yazıb: İraqın ədliyyə nazirilə görüşdə şəhid Süleymaninin və onu müşayiət edən şəxslərin terroru amilləri və bu terrora göstəriş verənlərin üzə çıxarılmaları və mühakimə olunmalarının sürətləndirilməsi və birgə təhqiqat komitəsinin ilk iclasının tez bir zamanda yaradılmasını vurğuladım.
Qəribabadi sonra belə əlavə edib: Həmçinin vətəndaşların problemlərinə baxılması vacibliyi, eləcə də insan haqları, məhkəmə və hüquqi sahələrdə ikitərəfli anlaşmalar haqda danışdıq.
Bundan öncə İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi və səfiri olan Kazım Qəribabadi son zamanlar İranın insan haqları qərargahının katibi təyin edilibdir.