Noy 01, 2021 19:45 Asia/Baku
  • İran Hərbi Dəniz Qüvvələri
    İran Hərbi Dəniz Qüvvələri

İran ordusunun Hərbi Dəniz Qüvvələrinin müşayiət qrupu bazar ertəsi Ədən körfəzində dəniz quldurları ilə toqquşub və onların hücumunun qarşısını alıb.

 SəhərAzəri-nin məlumatına əsasən, İran ordusunun Hərbi Dəniz Qüvvələrinin İran tankerində yerləşdirilən müşayiət qrupu Ədən körfəzinə doğru gedərkən, Babül-Məndəb boğazına çatmamış dəniz quldurları ilə toqquşub.  

İçərisində 4-6 silahlı ekipaj olan 4 şübhəli qayıq İran neft tankerinə hücum edib ona yaxınlaşmaq istəyib, lakin İran Ordusu Hərbi Dəniz Qüvvələrinin həmin ərazidə yerləşən müşayiət qrupları vaxtında tədbir görərək, xəbərdarlıq atəşi açıblar və dəniz quldurlarını hadisə yerindən qaçmağa məcbur ediblər.

Bundan əvvəl İran İslam Respublikası Hərbi Dəniz Qoşunlarının komandanı kontr-admiral Şəhram İrani də dəniz qoşunlarının 78-ci eskadrasının xüsusi təyinatlılarının Ədən körfəzində İranın ticarət karvanına hücum planlaşdıran quldurlara qarşı əməliyyatından xəbər vermişdi. 

Teqlər