İran BMT-nin Atom Radiasiyasının Təsirləri üzrə Elmi Komitəsinin daimi üzvü olub
-
İran BMT
İran İslam Respublikası sionist rejimin müxalifəti və ABŞ-ın təxribatına baxmayaraq, BMT-nin Nüvə Radiasiyasının Təsirləri üzrə Elmi Komitəsi UNSCEAR-in daimi üzvü olub.
SəhərAzəri-nin məlumatına əsasən, Avstraliyanın Xüsusi Siyasi və Dekolonizasiya Komitəsinə təqdim etdiyi qətnamə layihəsi üzrə bir neçə tur danışıqlardan və BMT Baş Assambleyası tərəfindən yekdilliklə təsdiqləndikdən sonra, İran İslam Respublikası bu nüfuzlu beynəlxalq elmi qurumda "müşahidəçi" statusundan "tam hüquqlu" üzv səviyyəsinə yüksələ bilib.
Əsasən Qərb bloku ölkələri tərəfindən idarə olunan bu elmi komitəyə qoşulma prosesi ilə bağlı məhdudiyyətləri nəzərə alaraq, İran İslam Respublikası 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı sessiyasında diplomatik fəaliyyətlərə və məsləhətləşmələrə başladı və nəhayət, son illərdə keçirilən bir neçə tur danışıqlardan sonra Baş Assambleyanın builki sessiyasında İranın daimi və tamhüquqlu üzvlüyü təsdiq edildi.