İranın cənub-şərqində 25 tondan çox narkotik maddə aşkar edilib
https://azeri.sahartv.ir/news/İran-i383124-İranın_cənub_şərqində_25_tondan_çox_narkotik_maddə_aşkar_edilib
İranın təhlükəsizlik qüvvələri tərəfindən Sistan və Bəlucistan vilayətində aparılan əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində narkotik ticarəti ilə məşğul olan quldur dəstələri və onların gizləndiyi yerlər müəyyən edilərək, hədəfə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2021 17:02 Asia/Baku
  • İranın cənub-şərqində 25 tondan çox narkotik maddə aşkar edilib

İranın təhlükəsizlik qüvvələri tərəfindən Sistan və Bəlucistan vilayətində aparılan əməliyyat-kəşfiyyat tədbirləri nəticəsində narkotik ticarəti ilə məşğul olan quldur dəstələri və onların gizləndiyi yerlər müəyyən edilərək, hədəfə alınıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Kəşfiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsi bildirib ki, İranın təhlükəsizlik qüvvələri cari ilin əvvəlindən 6 ayrı-ayrı əməliyyatlarda bir neçə narkotacir dəstəni və onların gizləndiyi yerləri müəyyən edərək, hədəfə alıblar. 

Bu əməliyyatlar zamanı 25 tondan artıq ənənəvi və süni narkotik vasitə, 3 ədəd döyüş silahı və 36 nəqliyyat vasitəsi ələ keçirilib; 36 nəfər həbs edilib, 2 nəfər isə öldürülüb.