İranın cənubunda zəlzələ
Noy 14, 2021 19:51 Asia/Baku
Bu gün yerli vaxtla saat 15-36 dəqiqədə İranın Hörmüzqan vilayətinin cənubunda yerləşən Qeşm adasındakı Laft liman şəhərində Rixter şkalası ilə altı tam onda dörd bal gücündə yeraltı təkan baş verib.
SəhərAzəri-nin məlumatına əsasən, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi məlumata görə, zəlzələ yerin on səkkiz kilometr dərinliyində, Laftın on beş, Suza-nın iyirmi, Dərgəhanın isə iyirmi yeddi kilometrliyində baş verib.
Hələ ehtimal olunan xəsarətlər haqda
məlumat yayılmayıbdır.
İranın Hörmüzqan vilayəti ölkədəki zəlzələ mərkəzlərindəndir. Hər il bu bölgədə Rixter şkalası ilə altı bal gücünədək irili-xırdalı səkkiz yüzdən çox yeraltı təkan baş verir.