Qarşıdakı 20 günədək Suriyaya ziyarət karvanları göndəriləcək
https://azeri.sahartv.ir/news/İran-i383212-qarşıdakı_20_günədək_suriyaya_ziyarət_karvanları_göndəriləcək
İranın həcc və ziyarət təşkilatının sədri qarşıdakı 20 günədək Suriyaya ziyarət karvanlarının göndərilməsinin bərpa edilməsi haqda bu ölkə hökumətilə razılaşmadan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2021 14:06 Asia/Baku
  • Əlirza Rəşidiyan
    Əlirza Rəşidiyan

İranın həcc və ziyarət təşkilatının sədri qarşıdakı 20 günədək Suriyaya ziyarət karvanlarının göndərilməsinin bərpa edilməsi haqda bu ölkə hökumətilə razılaşmadan xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Əlirza Rəşidiyan bildirib ki, Suriya hökumətilə yeni razılaşmaya əsasən, qərara alınıbdır ki, ilk addımda hər il yüz min iranlı zəvvar Suriyaya ziyarət səfərlərinə göndərilsin.

Rəşidiyan sonra belə söyləyib: Xüsusən son olaylardan və təhlükəsizliyin bərqərarından sonra Suriyanın hazırkı şəraitinə əsasən, bu ölkəyə ziyarət səfərlərinin bərqərarı və iranlı zəvvarların göndərilməsinə ən mühüm tələb və təkid, təhlükəsizlik məsələsidir.