Dek 06, 2021 11:58 Asia/Baku
  • İran müvəqqəti nüvə sazişini qəbul eyməyəcək

İran İslam Respublikası müvəqqəti nüvə sazişini qəbul etməyəcək. Səid Xətibzadə belə deyib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirilən mətbuta konfransında bildirib: “Nüvə sazişinin bərpası ilə bağlı danışıqlarda müvəqqəti və addım addım razılaşmadan söhbət gedə bilməz.”

Nüvə sazişinin bərpası ilə bağlı danışqıların növbəti turunun bitməsi və yeni turun cari həftənin sonunda başlayacağı ilə bağlı məlumat verən İranın dövlət rəsmisi danışqılara ünvanlanan iradlara münasibət bildirib.

ABŞ tərəfindən, İranın ciddi olmaması ilə bağlı səsləndirilən iddialara cavab verən Səid Xətibzadə vurğulayıb ki, “ABŞ bu sazişdən özü çıxıb və indi bu haqda fikir bildirə bilməz.”

O qeyd edib ki, İran İslam Respublikası nüvə sazişini istəyir və burada addım addım baş tutan layihədən və ya müvəqqəti razılaşmadan sözhbət gedə bilməz.

Qeyd edək ki, nüvə sazişinin bərpası ilə bağlı Vyanada baş tutan danışıqların yeddinci turu bitib və tərəflər təklif edilənlərlə bağlı məsləhətləşmək üçün paytaxtlara dönüblər.

Teqlər