Dek 16, 2021 14:16 Asia/Baku
  • Azərbaycanla birgə elektrik stansiyasının yaradılması təklif olundu

İran İslam Respublikası Azərbaycanla birgə elektrik stansiyası yaratmağa hazırdır.

SəhərAzəri-nin məlumatına əsasən, İranın energetika naziri Əli Ekbər Mihrabiyan Azərbaycannın energetika naziri Pərviz Şahbazovla onlayn görüşdə deyib ki, İranın elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə Rusiyaya qoşulması məsələsi üçtərəfli əlaqələrin gücləndirilməsi baxımından vacibdir. Bu elektrik rabitəsinin təmin edilməsi ilə hər üç ölkədə elektrik enerjisi istehlakına nəzarət edilir və tərərəflər dövətdə elektrik enerjisinin kəsilməsini kompensasiya edilə bilərlər.

İran, Azərbaycan və Rusiyanın energetika nazirləri arasında üçtərəfli görüş keçirməyə hazır olduqlarını ifadə edən Mihrabiyan qeyd edib ki, İran və Azərbaycan Respublikasının iki ümumi bəndinin yanında turbinlərin quraşdırılması çox vacibdir. Bu layihənin işə salınması ilə xeyli miqdarda elektrik enerjisi əldə ediləcək və bu, hər iki ölkəyə gəlir gətirəcək.

Görüşdə tərəflər Xüdafərin bəndi və Qız Qalası layihələrinin həyata keçirilməsində İran və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Teqlər