İran Fransanı tənqid edib
İran Fransa müsəlmanlarına qarşı qanunlar tətbiq etməsinə görə, bu ölkə hökumətini tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə rəis müavini və insan haqları qərargahının katibi Fransanın daxili işlər naziri Jerald Darmanenin bu ölkənin separatçılıq və ekstremizmə qarşı qanunlarına əsasən, 21 məscidin bağlanması və altı digər məscidin bağlanması proqramına dair xəbərinin elan olunmasına reaksiyada Fransa hökumətindən bu ölkə müsəlmanlarına qarşı qanunlarını yenidən nəzərdən keçirməsini istəyib.
Kazım Qəribabadi bir tvittdə yazıb: Qərb yanaşmasında terrorçular İranda insan hüquqlarının müdafiəçiləridirlər və Qərb ölkələrində din azadlığı terrorizmə bərabərdir.
Fransa cəmiyyətində müsəlmanların vətəndaş hüquqlarına qarşı hərəkətlərin fonunda qeyd edək ki, Fransanın vətəndaş qanunları nöqteyi-nəzərindən, bu ölkənin mətbuatı daxil olmaqla medialarında hörmətsiz təsvirlər və ifadələrin yayılması və sülh və ədalət Peyğəmbəri(s.ə.s)-in müqəddəsliyinə qarşı hörmətsiz karikaturaların yenidən yayılması «söz azadlığı» adlandırılır. Bir milyarddan çox müsəlmanın emosiyalarına xələlin gəlməsinə bais olan bu hörmətsiz hərəkətlər və onun təkrarlanması elə bir halda müdafiə olunur ki, bütün Avropa dövlətləri, o sıradan Fransa dövləti Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt-ın 18-ci maddəsində qeyd olunan icbari insan hüquqları öhdəliklərinə əsasən, başqalarının əsas hüquq və azadlıqları, ictimai əxlaqı, sağlamlığı, nizam-intizamı və ya təhlükəsizliyi ilə qarşıdurmada hər hansı hərəkətin qarşısını almağa borcludurlar.