İran və Rusiya 20 illik strateji sənəd imzalamağa hazırlaşır
Rusiyanın media orqanı: Tehran-Moskva əlaqələrinin gələcəyi parlaqdır
Rusiyanın rəsmi media orqanı İran və Rusiyanın 20 illik strateji sənəd imzalamağa hazırlaşdıqlarını və bunun iki ölkə üçün çox əhəmiyyətli bir razılaşma olduğunu açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Seyid İbrahim Rəisini 2022-ci ilin əvvəlində Moskvaya səfərə dəvət edib.
Rusiya Müdafiə Nazirliyinin telekanalı cümə günü İran-Rusiya əlaqələrinin son 30 ildəki müasir tarixini və Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında əməkdaşlığın başlanğıcını sənədləşdirərək, İran-Rusiya strateji sənədinin əhəmiyyətini vurğulayıb.
Sənədli proqramda deyilir: "İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələr və əməkdaşlıq prinsipləri əsasında müqavilə 2000-ci il martın 12-də o vaxtkı prezidentin Rusiyaya səfəri zamanı Moskvada imzalanıb. İran və Moskva arasında yeni sazişin əsas tərkib hissələrindən biri hərbi və texniki-hərbi əməkdaşlıqdır.
Sənədli filmdə daha sonra deyilir ki, İran və Rusiya elmi əməkdaşlıq və qabaqcıl texnologiyaları inkişaf etdirmək üçün geniş imkanlara malikdir: "Rusiya dünyanın böyük və aparıcı elmi gücüdür və İranın da bu sahədə geniş imkanları var. 1979-cu ildən 2017-ci ilə qədər iranlı mütəxəssislər və alimlər 300 mindən çox elmi və tədqiqat nailiyyətləri və kəşflərinə malik olublar və bu dövrdə İranda universitet və ali təhsil mərkəzlərinin sayı 20 universitetdən 2000-dən çox universitet və ali təhsil institutuna yüksəlib. İran Yaxın Şərqdə kosmik proqram quran ilk ölkə olub".
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin Rusiyaya gözlənilən səfəri zamanı İran və Rusiya arasında strateji sənədin imzalanması planlaşdırılır.
Cənab Rəisi noyabrın 17-də Rusiya prezidenti Vladimir Putinə telefon danışığına görə təşəkkür edib və İran İslam Respublikasının Rusiya ilə ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək niyyətində olduğunu bildirib və əlavə edib ki, biz iki ölkə arasında uzunmüddətli əməkdaşlıq haqqında hərtərəfli sənədi yekunlaşdırmağa hazırıq ki, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın daha da genişləndirilməsi prosesi sürətlə həyata keçirilsin. Rusiya prezidenti Vladimir Putin də deyib ki, Tehran və Moskva bir çox məsələlərdə ortaq mövqeləri və yaxınlaşmaları bölüşürlər: "Moskva iki ölkə arasında uzunmüddətli əməkdaşlığa dair yeni sənədin hazırlanmasında Tehranın təkliflərini dəstəkləyir və biz onu tez bir zamanda yekunlaşdırıb həyata keçirmək əzmindəyik".