Rəisi: "Hacı Qasimin məktəbi terrorla məhv olmayacaq"
-
Seyid İbrahim Rəisi
İran İslam Respublikası prezidenti deyib: "Hacı Qasim bir məktəb idi və bu məktəb terror və ya raketlə məhv edilməyəcək,, Hacı Qasimin məktəbi əbədi olaraq, qalacaq".
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi şəhid Hacı Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü münasibətilə Tehranda keçirilən mərasimdə çıxışı zamanı, amerikalılara və İran xalqının düşmənlərinə xitabən deyib: "Siz yanvarın 3-də Hacı Qasim Süleymaninin sona çatdığını düşünürdünüz, amma bu absurd bir xəyal idi. çünki yanvarın 3-də Hacı Qasim Sülrymani yenidən dünyaya gəldi".
Rəisi çıxıçının davamında əlavə edib: "Hacı Qasim Süleymani İraq hökumətinin rəsmi qonağı idi və siz onu terror etməklə həm İraqın suverenliyini pozdunuz, həm də təkcə bir şəxsi yox, bir milləti terror etdiniz".
"Təcavüzkar, qatil və əsas cinayətkar, yəni ABŞ-ın keçmiş prezidenti general Süleymaniyə qarşı iyrənc cinayətə görə mühakimə və qisas olunmalı və Allahın hökmü onun barəsində icra olunmalıdır", – deyə Rəisi vurğulayıb.
İran prezident, həmçinin deyib: "ABŞ-ın keçmiş prezidenti Tramp və dövlət katibi Pompeo və digər cinayətkarlar üçün ədalətli məhkəmə mexanizmi təmin edilməli və bu dəhşətli cinayətin arxasında duranlar cəzalandırılmalıdır, əks halda mən bütün ABŞ rəsmilərinə deyirəm ki, İslam ümməti onun şəhadətinin qisasını alacaq".