H.Əmir-Abdullahiyan İ.Hənyə ilə görüşüb
Yan 11, 2022 19:53 Asia/Baku
İranın xarici işlər naziri Dohada Həmas-ın siyasi bürosunun sədri ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Qətərdə səfərdə olan Hüseyn Əmir-Abdullahiyan bu gün öz görüşlərinin davamında İranın Dohadakı səfirliyi məkanında İsmail Hənyə ilə görüşüb və məşvərət aparıb.
İranın xarici işlər naziri bundan qabaq Qətərin əmiri Təmim bin Həməd və bu ölkənin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman ilə görüşübdür.