Yan 14, 2022 12:40 Asia/Baku
  • İranın bərk yanacaqla işləyən ilk peyk
    İranın bərk yanacaqla işləyən ilk peyk

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Hava-Kosmos Qüvvələrinin komandanı deyib ki, İranın bərk yanacaqla işləyən ilk peyk daşıyıcısının hərəkətverici qüvvəsi və birinci mühərrikinin sınağı ilk dəfə olaraq uğurla həyata keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, General Əmir Əli Hacızadə cümə axşamı günü İranın Qum şəhərindəki çıxışında əlavə edib: Bu uğurlu sınaqda altmış altı tonluq bərk yanacaq və mühərrikdən istifadə edilib.

Kosmonavtika sahəsində iki amilin, peyk və peyk daşıyıcısının son dərəcə mühüm olduğunu dilə gətirən general Hacızadə deyib: Ötən iki ildə maye yanacaqdan istifadə ilə İran peyk daşıyıcıları sınaqdan keçirilirdi. Bundan sonra isə İran ucuz mühərriklərlə kosmosa çox sayda peyk göndərəcək.

İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmos Qüvvələrinin komandanı sonra belə söyləyib: İranın yeni peyk daşıyıcıları qeyri-metal və kompozit korpuslara malikdirlər. Onların hərəkətverici qüvvələri olan yanacaqları alovlanmayandır ki, bu da raketin enerjisinin daha da artmasına və xərclərdə qənaətə gətirib çıxaracaq.

Bu texnologiyanın yalnız dörd ölkədə olduğunu bildirən general Hacızadə söyləyib: Hava-kosmosla bağlı bütün sahələrdə istehsal qüdrətlə davam edir və İran hava-kosmos və kosmik peyk sahəsində o qədər inkişaf edibdir ki, terror, təhdid və sanksiya ilə aradan götürüləsi olmayacaq.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Hava-Kosmos Qüvvələrinin komandanı daha sonra deyib: Amerikanın Sentkom komandanının etirafına görə, İran pilotsuzları inkişaf etdirməklə aviasiya üstünlüyü qazanıb. Qərbi Asiyadakı Atlantika Şurasının sədri də deyibdir ki, 2020-ci ildə Fars Körfəzi ətrafındakı sularda yerləşən amerikan gəmilər İranı raket sınaqlarından və Əynüləsəd bazasına hücum fikrindən daşındıra bilmədilər.

 

 

Teqlər