Yan 24, 2022 20:42 Asia/Baku
  • Xətibzadə
    Xətibzadə

İran Xarici İşlər Nazirliyinin İrana qarşı sanksiyaların aradan qaldırılması üçün Vyanada keçirilən danışıqlarda yaxşı irəliləyişin olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bazar ertəsi keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması üçün Vyanada keçirilən danışıqlarda yaxşı irəliləyiş var və bütün iştirakçılar ABŞ-ın bir daha sazişdən çıxmaması mövzusunda həmfikirdirlər.

Xətibzadə əlavə edib: "Vyanada keçirilən danışıqlarda müzakirə olunacaq sənədlərin olduğu 4 sahədə yaxşı irəliləyiş müşahidə olunub, bəzi sənədlərdə fikir ayrılıqları və mötərizələr azalıb".

O qeyd edib ki, Vyanada müvəqqəti razılaşma heç vaxt İranın gündəmində olmayıb İran daimi və etibarlı saziş axtarır və bundan azını qəbul etməyəcək.

Xətibzadə ABŞ-ın İran üzrə nümayəndəsi Robert Mallinin Vaşinqtonun nüvə anlaşmasına qayıtması üçün ilkin şərt qoymaq iddiasına toxunaraq, deyib ki, İran ilk gündən heç bir ilkin şərti qəbul etməyib və etməyəcək.

Xətibzadə iki ölkədəki məhbuslarla bağlı da deyib: "Biz ilk gündən humanitar məsələlərlə əlaqədar istər birbaşa, istərsə də dolayyı yolla ABŞ-dakı İran vətəndaşlarının vəziyyəti ilə bağlı narahatlığımızı dilə gətirmişik və əgər ABŞ bununla bağlı  əldə edilən əvvəlki razılaşmalara sadiq qalsa, bu məsələ ən qısa zamanda həll edilə bilər".

İranlı diplomat daha sonra deyib: İran vətəndaşlarının əksinə olaraq, hansı ki, İran xalqına qarşı qeyri-qanuni ekstraterritorial sanksiyalardan yayınmaq kimi saxta ittihamlarla girov götürülüblər və onların bəziləri hazırda qeyri-insani şəraitdə saxlanılırlar, İranda saxlanılan şəxslər Ədliyyə orqanları tərəfindən ittiham olunublar, onlar cinayət törədib və səlahiyyətli məhkəmələrdə mühakimə olunublar,

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: "Yəməndə baş verənlər insanlıq faciəsidir və İran həmişə Yəmən xalqının səsini dünyaya çatdırmaq üçün onların yanında olub və biz həmişə Yəmən qrupları arasında dialoq prosesinə kömək etməyə çalışmışıq".

Xarici İşlər Nazirliyinin sözçüsü əfqanlararası danışıqlar barədə də deyib: Tehran ciddi şəkildə danışıqların əfqan xalqının maraqlarına uyğun olması üçün çalışır". 

Teqlər