Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i385437-zakir_həsənov_İranın_müdafiə_naziri_ilə_görüşüb
Azərbaycanın müdafiə naziri Zakir Həsənov İranın müdafiə naziri Məhəmmədrza Aştiyani ilə görüşüb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 26, 2022 09:23 Asia/Baku
  • Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İranın müdafiə naziri Məhəmmədrza Aştiyani ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən,görüşdə nazirlər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması haqqında müzakirə aparıb.

M.Aştiyani iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinin zərurətini vurğulayıb: "İki ölkə xalqının mədəni və tarixi bağlılıqlarını nəzərə alaraq, Azərbaycan və İran arasında əlaqələr müxtəlif sahələrdə daha da inkişaf etdirilməlidir. Təhlükəsizlik sahəsində müştərək əməkdaşlığın inkişafı çox önəmlidir. İki ölkənin geosiyasi xüsusiyyətlərini nəzərə alaraq ölkələr arasında əlaqələrin inkişafı üçün geniş potensial var", İranın müdafiə naziri General Leytenant Məhəmmədrza Aştiyani deyib.

Görüşdə Z.Həsənov İran islam inqilabının aliməqamlı rəhbəri və İran dövlətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsinə görə təşəkkürünü bildirib, İranın hərbi gücünün fəxr ediləsi olduğunu dilə gətirib.

General-polkovnik Zakir Həsənov İranın müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Müdafiə naziri iranlı həmkarını Bakıya rəsmi səfərə dəvət edib.