Yan 26, 2022 15:20 Asia/Baku
  • Azərbaycanın müdafiə naziri
    Azərbaycanın müdafiə naziri

Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Tehranda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisi İran və Azərbaycan xalqlarının əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
İki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran İslam Respublikasının Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Seyid İbrahim Rəisiyə çatdırıb.
Müdafiə naziri Azərbaycan Respublikasının vətən müharibəsində işğaldan azad etdiyi ərazilərdə görülən işlər barədə məlumat verib.
Görüşdə iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Teqlər