Fev 08, 2022 18:11 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran İslam Respublikası prezidenti vurğulayıb ki, bütün fələstinli qrup və cərəyanların birliyi sionist rejim üzərində qələbə rəmzidir.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün Fələstinin Tehrandakı yeni səfiri Salam Zəvavinin etimadnaməsini aldıqdan sonra deyib ki, bütün fələstinlilərin vahid hərəkəti nəhayət Qüdsi-Şərifin azad edilməsi hədəfi ilə nəticələnəcək və ona heç bir xələl gəlməyəcək.

İran prezidenti əlavə edib: Fələstin xalqına dəstək və Qüdsi-Şərifin azad edilməsi, İslam Dünyasının birinci məsələsidir və İran İslam Respublikası Qüdsi-Şərifin azadlığı və Fələstin xalqının həqiqi himayədarıdır.

Rəisi söyləyib: Bəzi ərəb hökumətlərinin sionist rejimlə əlaqənin qurulması üzrə hərəkəti nəinki onlar üçün təhlükəsizlik və mühafizə yaratmayacaq, əksinə bu hökumətlərin, regionun və ərəb ölkələrinin problemlərini artıracaq.

Salam Zəvavi də öncə İslam İnqilabı qələbəsinin ildönümünü təbrik edib. İran xalqının Fələstin xalqına olan həqiqi dəstəklərini yüksək qiymətləndirən Zəvavi bildirib ki, İslam İnqilabının qələbəsi həqiqətən ərəb və İslam ümmətləri üçün böyük bir qələbə idi.

Teqlər