Əli Əlizadə İranın Aliməqam Rəhbərinin nümayəndəsi ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i386125-Əli_Əlizadə_İranın_aliməqam_rəhbərinin_nümayəndəsi_ilə_görüşüb
Azərbaycan Respublikasının İrandakı səfiri Həzrət Ayətullahül-üzma Xameneinin Şərqi Azərbaycan Vilayəti üzrə nümayəndəsilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2022 10:52 Asia/Baku
  • Əli Əlizadə İranın Aliməqam Rəhbərinin nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının İrandakı səfiri Həzrət Ayətullahül-üzma Xameneinin Şərqi Azərbaycan Vilayəti üzrə nümayəndəsilə görüşüb.

 SəhərAzəri-nin məlumatına əsasən, səfir Əli Əlizadə Təbrizə səfəri çərçivəsində höccətülislam Seyid Məhəmmədəli Ali-Haşimin qəbulunda olub. 

Bu barədə Azərbaycanın səfiri Əli Əlizadə rəsmi tvitter hesabında yazıb.

O bildirib ki, Təbrizə səfəri çərçivəsində İranın Ali rəhbərinin əyalət üzrə nümayəndəsi ilə görüşüb.

Səfir həmçinin bildirib ki, bu səfər çərçivəsində Camiətul-Mustəfa Beynəlxalq İslam Universitetinin Təbriz filialında olub, burada universitetin rəhbərliyi və azərbaycanlı tələbələrlə də görüşlər keçirib.

Qeyd edək ki, Əli Əlizadə Təbiz səfərində Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Xürrəmlə, Təbrizin Ticarət, Sənaye, Mədənlər Palatasının məsul şəxslərilə görüşüb, habelə  əyalətdə İranın ən böyük sənaye müəssisələrindən olan Təbriz traktor zavodunda traktorların istehsal prosesi ilə tanış olub, şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərməyə dəvət edib.