İran QAJ Ukrayna savaşında ziyan çəkənlərə yardıma hazırdır
İranın Qırmızı Aypara Cəmiyyəti Ukrayna savaşında ziyan çəkənlərə yardıma hazır olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kulivənd İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana məktubda bu cəmiyyətin öz humanitar məqsədlərinə əsasən, Ukrayna savaşında mülkilərə yardıma hazır olduğunu bildirib.
Məktubda deyilir: İranın Qırmızı Aypara Cəmiyyəti humanitar məqsədlər istiqamətində silahlı qarşıdurmanın qurbanlarına yardım etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə səhiyyə, müalicə, xilasetmə və yardım məsələləri üzrə mütəxəssislərdən ibarət olan öz sürətli reaksiya dəstələrini müalicə və yardım vəsait və avadanlıqları ilə yanaşı Ukraynaya göndərməyə hazırdır.